Dərc edildi: Baxış sayı: 1561
Mədəaltı vəzi təbii üsulla sağaltmaq - Xalq təbabəti
Bir çoxları mədəaltı vəzinin harada yerləşməsindən xəbərsizdir. Amma vəziyyət həmin vəzin insanı narahat etməsinə qədər belə olur. Mədəaltı vəzdə yaranan ağrı və spazma insanı tez bir zamanda aptekə qaçmağa məcbur edir. Amma tələsik olaraq qəbul edilən ağrıkəsicilər həmin vəzə ancaq zərər verir.
Mədəaltı vəz kifayət qədər mürəkkəb quruluşa malik olduğu üçün ona son dərəcə ehtiyatla yanaşaraq zərər verməmək lazımdır. Gündəlik qəbul edilən, kimyəvi tərkibli hazır qidalar mədəaltı vəzə zərər verərək onun funksiyasının pozulmasına səbəb olur. Buna görə də yaxşı olardı ki, mədəaltı vəzidə yaranan hər hansı bir problem kimyəvi tərkibli dərman maddələrinin deyil, təbii vasitələrlə aradan qaldırılsın.
Medicina.az sizə mədəaltı vəzdə yaranan ağrıları aradan qaldırmaq üçün bir sıra reseptlər təqdim edir:
Xalq təbabətinin köməyi ilə mədəaltı vəzidə olan problemləri cəmi 2 həftədə aradan qaldırmaq mümkündür.
1) 1 x/q çobanyastığını və somazçiçəyi bitkisinin qurusunu bir qaba tökərək üzərinə 200 ml qaynar su əlavə edin. 2 saat saxlayın. Dəmləməni süzün və gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.
2) Qarabaşağı üyüdərək, un halına gətirin. Daha sonra üzərinə 1 stəkan kefir əlavə edin. Gecə saxlayın və səhər yeyin.
3) 10 ədəd dəfnə yarpağını yuyun, bir qaba qoyaraq üzərinə 3 stəkan qaynar su əlavə edin. 1 sutka saxlayın. Yeməkdən əvvəl 50 ml qəbul edin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət