Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Mədə yanmasının səbəbi nədir?

Mədə yanmasının səbəbi nədir?
Sakura

Mədə yanmasının səbəbi nədir?

Mədə yanması hər kəsin yaşadığı problemlərdən biridir. Amma çox insan “mədə yanmasına nə səbəb olar” sualının cavabını bilməz. Həddindən artıq yağlı, turş, şirin və ya ədviyyatlı yeməklər yemək mədə yanması səbəblərindəndirmi, mədə yanması nədən olur, mədə yanmasını yüngülləşdirmək üçün nələr edə bilərsiniz?

Medpress.az xarici mətbuata istinadla bu sualların cavabını təqdim edəcək. “Mədə yanmasına nə səbəb olar” sualının cavablarını öyrənmək üçün ilk olaraq bir həkimə müraciət etməyiniz lazımdır. Ancaq həkimə getməyinizə  baxmayaraq, bir diaqnoz qoyulmadısa, mədə yanması probleminin altında yatan səbəbləri öz başınıza da öyrənməyiniz mümkün ola bilər. Qidalanma sahəsində görülən bir sıra dəyişikliklər də mədə yanmasına səbəb olan amillərin ortadan qalxmasını təmin edə bilər. Özünüzü təqib edərək sizə nəyin yarayıb, nəyin yaramadığını tapa bilərsiniz. Ancaq mədə yanmasının səbəbi təkcə yeyilən yemək və içkilərdən olmaya bilər. Tez-tez mədə yanması yaşayırsınızsa, bir həkimə getməyinizdə fayda var.

Mədə yanmasının səbəbləri nələrdir?

Mədə yanması mədə turşusunun yemək borusuna doğru çıxaraq boğaza doğru yaranan yanma və turşuluq hissidir. Əgər xroniki xəstəliyiniz yoxdursa, istifadə etdiyiniz qidaları həzm edə bilərsiniz. Yeyəcəkləri çeynəmədən udmaq, ağır qidalanmaq mədə yanmasına səbəb olur. Siz də mədə yanmasından tez-tez şikayət edirsinizsə,  yeməkləri çeynəyərək udmağa və asan həzm edəcək qidaları seçərək özünüzü təcrübədən keçirə bilərsiniz. Yanlış qidalanma ilə yanaşı, mədə yanması, yanlış paltar geyinməyinizdən də ola bilər. Qarnınızı sıxan və ya kəsən dar paltarlar mədənizdə yanmağa səbəb olur.

Mədə yanmasını artıran qidalar hansılardır?

Soğan, sarımsaq, pomidor, ədviyyatlı yeməklər, qızartmalar, sitrus, kofeinli içkilər və şokolad mədə yanmasına səbəb ola bilər.

Mədə yanmasına qarşı yaxşı təsir edən qidalar hansılardır?

Çiy tərəvəzlər, lifli meyvələr, uzun müddət tox tutan tam dənli bitkilərdən olan qidalar mədə yanmasına yaxşı təsir edə bilər.

Mədəniz yananda nə etmək olar?

Süd için

Süd mədə yanmasına yaxşı təsir edir. Mədəniz yananda 1-2 qurtum süd içə bilərsiniz. Laktoza intoleransı olanlar laktozasız süd içə bilər, ancaq mədədə xora olanlar süd istifadə etməməlidir.

Karbonatlı su için

1 stəkan su əlavə edəcəyiniz 1 çay qaşığı karbonat mədədə xlorid turşusunun təsirini azaldaraq yanmağa yaxşı təsir edəcəkdir.

Qızçiçəyi, biyan kökü və ya kəklikotu çayı

Yemək yedikdən dərhal sonra içəcəyiniz qızçiçəyi və biyan kökü çayı ərzaq turşularını əngəlləyərək mədədə yanma əmələ gəlməsini əngəlləyəcək. Kəklikotu çayı isə həzmi asanlaşdıraraq mədəni rahatlaşdırır.

Zəncəfilli bal və ya zəncəfil çayı

1 çay qaşığı bala 1 çay qaşığı təzə, ya da quru zəncəfil əlavə edib udun və ya 1 stəkan isti suya zəncəfil və bal qarışdıraraq içsəniz, mədə yanğısı keçəcəkdir.

Saqqız çeynəyin

Yeməklərdən sonra yarım saat saqqız çeynənməsi mədə turşusunun təsirini azaldır və həzmi rahatlatır. Beləliklə, mədə yanmasının qarşısı alınacaqdır.

Darçınlı bal

Mədə turşusu və xora üçün istifadə edilən balı, darçınla qarışdıraraq  yeyildiyi zaman mədənizi sakitləşdirir.

Banan və qovun yeyin

Banan və qovun lifli quruluşu ilə həzzə və mədəyə faydalıdır. Bu meyvələri yemək mədə yanmasını azaldır.

Kartof

Kartof  həzm və mədə problemlərini azaldır. Mədə yanmasının qarşısını almaq üçün kartofu çiy və ya pörtmüş olaraq istifadə edin.

İspanaq

Bəsləyici bir tərəvəz olan ispanaq pörtmüş, ya da çiy olaraq işlətmək mədə yanmasının qarşısını almaqda faydalıdır.

Xurma

Xurma mədə yanması və mədə problemlərinin qarşısının alınmasında əhəmiyyətli bir qidadır.Mineral su

Mineral su həzm və mədə turşularını tənzimləyir. Beləliklə, mədə yanması kimi bir problem əmələ gəlməsinin də qarşısını alır.

Mədəni masaj edin, ya da yürüşə çıxın

Əgər mədəniz yaranan qaza görə yanırsa, belinizi dik tutun və mədəni dairəvi hərəkətlərlə masaj edin. Digər bir variant olaraq yürüş etmək mədənizi rahatlaşdıracaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR