Slimfit
  1. İDMAN

Medal qazanan qız güləşçimiz: Anamı məyus edə bilməzdim

Medal qazanan qız güləşçimiz: Anamı məyus edə bilməzdim
Sakura

Medal qazanan qız güləşçimiz: Anamı məyus edə bilməzdim

Çox sevinirəm ki, bürünc medal qazandım. Ancaq yarışda məqsədim bu deyildi. Hədəfim qızıl medal qazanmaq idi.

Oxu.Az xəbər verir ki, bu gün Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan güləşdə dörd qızıl, bir gümüş və bir bürünc medal qazanıb.

Son gündə yeganə bürünc medal qazanmış güləşçimiz Nigar Mirzəzadə qalib gəldiyi almaniyalı və britaniyalı rəqiblərini asanlıqla məğlub etsə də, həlledici görüşdə çətin anlar yaşayıb.

Son saniyələrdə polşalı rəqibi Zofia Polovçik onu döşəkdən çıxardığından, xal qonaq idmançıya verilib. Lakin Azərbaycanın məşqçilər heyətinin etirazından sonra təkrara baxılıb və xal Nigarın hesabına yazılıb.

Beləliklə, qız güləşçimiz 7:6 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

O, təəssüratlarını saytımızla bölüşüb: “Bürünc medal uğrunda təsəlliverici yarışda rahat güləşdim və 10:0 qalib gəldim. Fikirləşdim ki, bürünc medal görüşündə də belə olacaq. Amma polşalı rəqibim fəndlərimi icra etməyə imkan vermədi. O, daha çox müdafiədən çıxış etdiyi üçün bu, məndə alınmadı. Məncə, son saniyələrdə hakimlərin təkrara baxıb verdiyi qərar düz idi. Döşəkdən dizi üstə çıxmışdım. Belə olanda isə qaydalara görə rəqibə bir xal verilmir”.

Beynəlxalq yarışlar içərisində ən böyük uğuruna imza atmış yeniyetmə idmançı medalı anasına həsr etdiyini bildirib: “Bürünc medalı anama həsr edirəm. Çünki ilk dəfə anam yarışıma baxmaq üçün tribunada əyləşmişdi. Onu məyus etmək istəməzdim”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR