Azərbaycan və daha 3 ölkə Yerevanda verilən ali mükafatdan imtina etdi
Dörd ölkə eyni anda bu gün Ermənistan paytaxtı Yerevanda öz işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında yubiley medalını almaqdan imtina edib. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir.
Ermənistan parlamentinin sədri Ara Babloyan giriş nitqindən sonra təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib.
Lakin dərhal birdən-birə dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.
Gürcüstan nümayəndə heyətini sədri (özü iştirak etməyib) bəyan edib ki, ölkə başçısı mükafatdan imtina edir və bu məsələni müzakirə etməməyi istəyir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bildirib ki, nümayəndə heyəti az müddətdir ki, rəhbərdir və ona görə də vicdanı belə ali mükafatı qəbul etməyə əl vermir. Quliyev, eyni zamanda qeyd edib ki, məsələ siyasətlə bağlı deyil və Yerevanda bunu yaxşı anlayırlar. Türkiyə nümayəndə heyətinin rəhbəri bildirib ki, belə bir medalı qəbul etmək şərəfinə layiq deyil. Ukrayna nümayəndə heyətinin rəhbəri Çubarov da Yerevana gəlməyib və medaldan yazılı şəkildə imtina edib.
Məsələ ilə bağlı A.Babloyan mükafatın yalnız nümayəndə heyətinin rəhbərlərinə yox, bütün heyətə aid olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət