Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Məcburi köçkünlərin təhsil aldığı məktəblərin aqibəti necə olacaq?

Məcburi köçkünlərin təhsil aldığı məktəblərin aqibəti necə olacaq?
Sakura

Məcburi köçkünlərin təhsil aldığı məktəblərin aqibəti necə olacaq?

“Antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri görüldükdən sonra ən qısa zamanda təhsil bərpa olunacaq”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir məcburi köçkünlərin təhsil aldığı məktəblərin sonrakı fəaliyyətinə aydınlıq gətirib: “İşğaldan azad olunmuş ərazilərdə yeni məktəb binaları tikilir. Əgər həmin şəhərdə həqiqətən məktəb binası olubsa, bu zaman buradakı məktəb tarixi yerinə köçürülür. Məsələn, Şuşa şəhər 1 nömrəli məktəb açıldıqdan sonra Bakı şəhərindəki bu adı daşıyan məktəb əraziyə uyğun olaraq fəaliyyətini davam etdirəcək. Bəzi hallarda burada olan məktəblərin işğaldan azad olunmuş ərazidə binası olmur. Bu zaman həmin məktəb publik hüquqi şəxs kimi öz tarixi yerinə köçürülür. Əgər kimsə həmin əraziyə köçmək istəmirsə, o zaman burada qalaraq təhsilini də buradakı məktəbdə davam etdirir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR