Slimfit
  1. GÜNDƏM

Məcburi köçkünlər torpaqlarına qayıtdıqdan sonra 3 il müddətinə müavinət alacaqlar

Məcburi köçkünlər torpaqlarına qayıtdıqdan sonra 3 il müddətinə müavinət alacaqlar
Sakura

Məcburi köçkünlər torpaqlarına qayıtdıqdan sonra 3 il müddətinə müavinət alacaqlar

“Azərbaycanda məcburi köçkün və qaçqınlarla bağlı iki qanun mövcuddur. Onlardan biri “Məcburi köçkün və qaçqınların statusu haqqında” digəri isə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” qanunlardır”.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, həmin qanunlara uyğun olaraq məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra statuslarını itirirlər: “Müavinətlərin verilməsi məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, hətta öz doğma torpaqlarına qayıtdıqdan sonra 3 il müddətində keçmiş məcburi köçkün soydaşlarımıza sosial yardımın verilməsi və sosial müdafiə tədbirlərinin görülməsi davam etdiriləcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR