Dərc edildi: Baxış sayı: 584
MDB XİN başçıları videokonfrans formatında görüşəcək
Mayın 12-də MDB ölkələri xarici işlər nazirləri arasında videokonfrans formatında görüş keçiriləcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə məlumat verib.
Onun sözlərinə görə, görüşdə koronavirusa qarşı birgə tədbirlər, regional və beynəlxalq məsələlər barədə müzakirə aparılacaq.
M.Zaxarova həmçinin faşizm üzərində qələbənin 75 illiyi məsələsinə də xüsusi diqqət yetiriləcəyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət