Dərc edildi: Baxış sayı: 298
MDB Oyunları: Azərbaycan atıcısı qızıl medal qazandı
MDB Oyunları: Azərbaycan atıcısı qızıl medal qazandı
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında qızıl medal qazanıb.
Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma növündə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Əliyeva ötən ay Cənubi Koreyanın Çanqvon şəhərində gənclər arasında təşkil olunmuş Dünya Çempionatında bürünc medal əldə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət