Slimfit
  1. DÜNYA

MDB ölkələrinin səhiyyə mütəxəssisləri bir araya gələcək

MDB ölkələrinin səhiyyə mütəxəssisləri bir araya gələcək
Sakura

İpək yolu ölkələrinin epidemioloji nəzarət şəbəkəsinin illik görüşü keçirilib

Gürcüstanın təşkilatçılığı ilə Acariya Muxtar Respublikasında “İpək yolu ölkələrinin epidemioloji nəzarət şəbəkəsi”nin (BiosurveillanceNetwork Silk Road- BNSR) illik görüş-konfransı keçirilib. 

Fins.az xəbər verir ki,görüşün əsas məqsədi İctimai Sağlamlıq konsepsiya çərçivəsində Azərbaycan, Qazaxıstan, Ukrayna, Moldova, Türkiyə, Belarusiya və Gürcüstanın səhiyyə və baytarlıq sahəsində çalışan mütəxəssisləri üçün müasir forum keçirmək, idarə və sektorlararası (həmçinin laboratoriya sahəsində) kooperasiyanın və əməkdaşlığın genişləndirilməsi, epidemioloji nəzarət sahəsində təcrübə və müasir praktika ilə bölüşmək olub.

Konfransda Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) və Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının mütəxəssisləri təmsil ediblər. Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), ABŞ-n xəstəliklərə nəzarət və profilaktika mərkəzləri (CDC), Britaniyanın  Səhiyyə Jurnalı (BMJ), Rustaveli adına Milli Elmi Fondu, Ukrayna Elmi-Texnoloji Mərkəzi (USTS), Fransanın Qida Sanitar Təhlükəsizliyi, Ətraf Mühit və Əmək Milli Agentliyi (ANSES) və s. beynəlxalq təşkilatların ekspertləri iştirak ediblər. 

Konfransda Dövlət Baytarlıq Xidməti Aparatının Epizootoloji xidmətlərin planlaşdırılması və monitorinqi sektorunun böyük məsləhətçisi Nigar Səfi və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının rəis müavini Kliment Əsədov təqdimatlarla çıxış ediblər. 3 gün davam edən konfransda 50-dən artıq müxtəlif mövzularda məruzələr təqdim edilib və diskussiyalar aparılıb. Tədbirin sonunda görüş iştirakçıları birgə layihələrdə, konfranslarda, regional görüşlərdə iştirak etmək və nəzərdə tutulan sərhədyanı növbəti görüşün dekabr ayında Azərbaycanın Şəmkir rayonunda daha geniş formatda keçirilməsi və bu görüşə hazırlıqla bağlı qərarlar qəbul edilib. Həmçinin “Qarşılıqlı əməkdaşlığın genişlənməsi” çərçivəsində Türkiyəli həmkarları və ABŞ-ın Təhlükənin Azaldılması Müdafıə Agentliyinin (TAMA) rəhbərliyi ilə görüşlər keçirilib.

Qeyd edək ki, BNSR-Şərqi Avropa ölkələrində epidemioloji nəzarət şəbəkələrinin yaradılmasına kömək göstərən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat insan və heyvanların sağlamlığının qorunmasında həm regional, həm də qlobal səviyyədə səylər göstərir Təşkilatın baş qərargahı Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlığın Milli Mərkəzində yerləşir. Təşkilat 2015-ci ildən başlayaraq mövcud olan epidemioloji nəzarət üzrə işçi qrupu insan və heyvan sağlamlığı sahəsində birgə fəaliyyət göstərən mütəxəssislər üçün bir ümumi platformanın yaradılması istiqamətində çalışır. Yarandığı gündən BNSR baytar həkimləri və epidemioloqlar arasında keçirilən sərhədyanı görüşlər, mütəmadi telekonfransların və illik konfransların vasitəsi ilə İctimai Sağlamlıq konsepsiyasını tətbiq edir və təcrübədən keçirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR