Dərc edildi: Baxış sayı: 557
MDB-nin növbəti sammitinin tarixi və yeri açıqlanıb
MDB-nin növbəti sammiti 2019-cu ilin oktyabrın 11-də Aşqabadda keçiriləcək. SİA-nın məlumatına görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
O bildirib ki, bu qərar Türkmənistan tərəfinin təklifi ilə qəbul edilib.
Bundan başqa, 2019-cu ildə MDB-yə Türkmənistanın sədrlik etməsi barədə qərar qəbul edilib. Tacikistan və Özbəkistan isə qurumun həmsədrləri olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət