Dərc edildi: Baxış sayı: 500
MDB liderlərinin görüşü başladı
Düşənbədə MDB dövlət başçılarının iclası başlayıb.
Axar.az xəbər verir ki, görüş mətbuata qapalı formada keçirilir. İclasa yalnız dövlət başçıları qatılıblar.
Görüşdə əsas müzakirə mövzusunun MDB çərçivəsində qarşılıqlı fəaliyyət, təşkilata sədrlik məsələsi olacağı vurğulanıb.
Genişləndirilmiş formatda baş tutacaq iclasda isə əsas müzakirə mövzusunun siyasi əlaqələr, mədəni-humanitar sahədə əməkdaşlığın genişləndirilməsi, təhlükəsizliyin təminatı və digər məsələlərin olması nəzərdə tutulub. Görüşün yekununda ümumilikdə 18 sənədin imzalanması və MDB sədrliyinin Türkmənistana verilişinin təsdiqlənməsi planlaşdırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iclasda iştirak edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət