Slimfit
  1. DÜNYA

MDB-də həbs edilən, axtarışa verilən eks-prezidentlər

MDB-də həbs edilən, axtarışa verilən eks-prezidentlər
Sakura

MDB-də həbs edilən, axtarışa verilən eks-prezidentlər

Ötən gün Qırğızıstanda xüsusi təyinatlıların eks-prezident Almazbek Atambayevi saxlmaq cəhdi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Gərginliyə səbəb isə eks-prezidentə qarşı cinayət işinin açılması və onun istintaqa gəlməkdən imtina etməsi olub.

Keçmiş sovet respublikalarında buna qədər də eks-prezidentlərə qarşı cinayət işləri açılıb. Modern.az bu barədə yazını təqdim edir.

Gürcüstan – Zviad Qamsaxurdiya

Ukrayna kimi Gürcüstan da MDB məkanında 2 eks-prezidenti barəsində cinayət işi açılan ölkələrdəndir. 1991-ci il aprelin 14-də Gürcüastanın ilk prezidenti seçilən Zviad Qamsaxurdiyanın hakimiyyəti çox qısa çəkdi. Millətçi və aqressiv siyasəti ilə seçilən syasətçi 1992-ci il yanvarın 6-da hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırıldı.

Ölkəni tərk edərək əvvəlcə Ermənistana, sonra isə Çeçenistana sığınan Qamsaxuriya barəsində milli ədavəti qızışdırmaq, dövlət əmlakının xüsusi ilə böyük miqdarda mənimsəmək, vəzifə səlahiyyətlərindən sui-istifadə və tarixi-memarlıq abidələrinin məhvi maddələri ilə cinayət işi açılmışdı.

1993-cü ilin sentyabarında Gürcüstana qayıdaraq, silahlı mübarizəyə başlayan eks-prezident 1993-cü il dekabrın 31-də Xob rayonunun Dzveli Xibula kəndində ölü tapılmışdı.

Azərbaycan - Ayaz Mütəllibov

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov qısa, lakin keçməkeşli prezidentlik illəri yaşayıb. 1992-ci il martın 6-da Xocalı facisəinin yaratdığı məyusluq və etirazlar fonunda prezident postundan istefa vermişdi. 1992-ci il mayın 14-də Ali Sovetin səsverməsi ilə prezident səlahiyyətləri bərpa olunan siyasətçi silahlı müqavimət fonunda mayın 18-də istefa verərək, Azərbaycanın siyasət səhnəsini tərk eedib Moskvaya getmişdi.

1996-cı il aprelin 12-də Azərbaycanın Baş Prokurorluğu Ayaz Mütəllibov barəsində 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı cinayət işi açmışdı. 2002-ci il iyulun 26-da isə eks-prezident 2001-ci ilin payızında Azərbaycanda dövlət çevrilişi planlaşdırmaqda ittiham olunaraq axtarışa verilmişdi.

2011-ci il avqustun 8-də böyük oğlunun dəfnində iştirak etmək üçün Bakıya gəlişinə icazə verilən Ayaz Mütəllibov Moskvaya geri dönsə də, Azərbaycanın hakimiyyətinin “yaşıl işıq” yandırmasından sonra 2012-ci il iyulun 7-də həmişəlik Bakıya dönüb.   

Ukrayna – Viktor Yanukoviç

Pyotr Poroşenkonun sələfi Viktor Yanukoviç barədə isə artıq məhkəmə qərarı belə var. 2014-cü ilin fevralında kütləvi etirazlar fonunda prezident postunu tərk edərək, Rusiyaya qaçan Yanukoviç mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham olunur. 2017-ci ilin iyununda Kiyevin Obolonsk rayon məhkəməsi Viktor Yanukoviçi dövlətə xəyanət maddəsi ilə mühakimə etmişdi. 2019-cu il yanvarın 24-də Obolonsk rayon məhkəməsi Viktor Yanukoviçi dövlətə xəyanət maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum etmişdi.  

Onu dövlətə xəyanət və işğalçı müharibənin aparılmasına vasitəçi olmaqda təqsirli biliblər. Bundan başqa, Viktor Yanukoviçin Meydan hadisələri zamanı nümayişçilərə atəş açmağa göstəriş verməkdə və iri maliyyə vasitələrini mənimsəməkdə günahı sübuta yetirilmiş sayılıb.

Ermənistan - Robert Koçaryan  

Ermənistanda da hakimiyyət dəyişikliyi eks-prezidentə qarşı cinayət işinin açılması ilə nəticələnib. Ölkənin ikinci prezidenti Robert Koçaryan 2018-ci il iyulun 28-də həbs olunmuşdu. O, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən Levon Ter-Petrosyan tərəfdarlarına qarşı güc tətbiq etməkdə və bu hadisələr zamanı 10 nəfərin ölümündə ittiham olunurdu. Amma 2 dəfə işə baxan appelasiya məhkəməsi eks-prezident barəsində 1-ci instansiya məhkəməsinin qərarını ləğv edərək, onu azadlığa buraxdı.

Hadisələr 2018-ci ilin dekabrında appelasiya məhkəməsinin onu yenidən həbs etməsi və 2019-cu ilin mayında azadlığa buraxması ilə təkrarlanmışdı. Hazırda yenidən həbsdə olan Robert Koçaryan ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Eks-prezident baş verənləri 2008-ci ildə müxalifətdə olan hazırkı baş nazir Nikol Paşinyanın şəxsi qisası hesab edir.

Koçaryanın işi ilə bağlı Konstitusiya Məhkəməsi iyulun 18-də məsləhət üçün Avropa İnsan Haqları Məhkəməsi və Venesiya Komissiyasına müraciət ünvanlayacaq.

Gürcüstan – Mixail Saakaşvili

Gürcüstanın Baş Prokurorluğu 2014-cü ildə eks-prezident Mixail Saakaşviliyə bir neçə maddə ilə cinayət işi açmışdı. Onu 8,8 milyon lari dövlət vəsaitini şəxsi ehtiyaclarına xərcləməkdə, 2007-ci il 7 noyabr aksiyaları zamanı vəzifə səlahiyyətlərini aşmaqda, parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsini və 2006-cı ildə Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvlianinin qətlini sifariş etməkdə ittiham edirlər.

Saakaşvili özündən sonrakı prezident Georgi Marqvelaşvilinin prezident postunda səlahiyyətlərinin icrasına başladığı 2013-cü ilin noyabrında Gürcüstanı tərk edib və hələlik ölkəyə dönməyib.

2016-cı ildə o, Ukrayna prezidentinin müşaviri postuna təyinat almışdı. Həmin ilin noyabrına qədər isə Saakaşvili Odessa vilayətinin qubernatoru səlahiyyətlərini icra edib. Amma əvvəl isti münasibtələri olduğu Pyotr Poroşenko ilə aralarında soyuq küləklərin əsməsinə görə əvəlcə onun vətəndaşlığı ləğv olundu, sonra isə barəsində cinayətkar dəstə yaratmaq ittihamı ilə cinayət işi açıldı.

Gürcüstan məhkəməsi onun barəsində 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Ukraynada isə yeni prezident Vladimir Zelenskinin zamanında Saakaşvili barəsində cinayət işinin icraatı dayandırılmış, vətəndaşlığı bərpa olunmuşdu və o 2019-cu ilin mayında yenidən Ukraynaya geri qayıtmışdı.

Ukrayna – Pyotr Poroşenko

Prezident postunu yaxınlarda təslim edən Pyotr Poroşenko barəsində qaldırılmış 12 cinayət işi ilə üzbəüz qalıb. Prokurorluq eks-prezidentin 5 illik rəhbərliyi dövründə dövlət vəzifələrinə təyinatlar zamanı vəzifə səalhiyyətlərindən sui-istifadə etməsini, Kerç boğazında rus gəmiləri ilə insidentə görə dövlətə xəyanətdə, məhkəmə sistemini və “Pryamoy” telekanalını qanunsuz əlinə keçirməkdə, 2016-cı ildə deputat fraksiyalarının yaradılması zamanı sənədlərin saxtalaşdırılmasında ittiham olunur. Poroşenkonu məhkəmə işlərinə kobud müdaxilədə də ittiham edirlər.

Şahid kimi o, 2014-cü ildə Maydan hadisələri zamanı dinc etirazçıların ölümünə görə ifadə verib. “Avropa Həmrəyliyi” partiyasının sədri kimi çıxış edən Poroşenko xalq qarşısında məsuliyyət daşıdığını və təqiblərdən qorxmadığını dilə gətirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR