"McDonald’s" şirkəti ermənilərin təzyiqi ilə Azərbaycanla bağlı paylaşımları sildi
"McDonald’s" şirkəti ermənilərin təzyiqi ilə ölkəmizdə fəaliyyət göstərən restoranlar şəbəkəsinə aid sosial şəbəkə səhifələrindən Azərbaycan bayraqlı paylaşımları sildirib. Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, şirkət bununla bağlı açıqlamada Azərbaycandakı restoranlar şəbəkəsinin franşiza tərəfindən idarə olunduğunu və sözügedən paylaşımların (Azərbaycan bayraqlı) artıq silindiyini bildirib. Daha sonra Azərbaycanda fəaliyyət göstərən "McDonald’s" restoranlar şəbəkəsi paylaşımları silməsi ilə bağlı açıqlama yayıb: "Bir müddət bundan əvvəl sosial şəbəkələrdəki səhifələrimizdən bəzi postları silməkdə bir məqsədimiz var - əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq. Cari dəyişkən zamanda bunun önəmi xüsusi yüksəkdir və biz bu təşəbbüsü dəstəkləyən növbəti xeyirxah addımlarımız barədə məlumatları tezliklə açıqlayacağıq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət