Slimfit
  1. MARAQLI

MB sədri Azərbaycandakı bankçılığın tarixindən danışdı

MB sədri Azərbaycandakı bankçılığın tarixindən danışdı
Sakura

MB sədri Azərbaycandakı bankçılığın tarixindən danışdı

Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə sentyabrın 30-da mərasim keçirilir.

Axar.az xəbər verir ki, yubiley mərasimində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov təmsil etdiyi qurumun keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, Azərbaycanda mərkəzi bankçılığın tarixi XX əsrin əvvəllərindən başlayıb. 1918-ci il mayın 28-də Azərbaycan dövlətçilik salnaməsinin şanlı səhifələrindən biri kimi müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasına Prezident İlham Əliyev tərəfindən yüksək siyasi qiymət verilib və 2018-ci il Cümhuriyyət ili elan edilib. Zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, bugünkü müstəqillik üçün etibarlı zəmin hazırlanmış Cümhuriyyətin yubileyi ölkə daxilində və xaricində çoxsaylı tədbirlərlə qeyd olunub. Mərkəzi bankçılığın 100 illik yubileyi də məhz həmin silsilə tədbirlərin davamıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə ölkəmizdə maliyyə-bank sahəsində görülən işlərdən, əldə olunan uğurlardan danışıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR