Dərc edildi: Baxış sayı: 879
"Mazda Motor" şirkəti Rusiyada 21 minə yaxın avtomobili geri çağırıb
"Mazda Motor" şirkəti Rusiyada 21 minə yaxın avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar ön təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2002-ci ilin avqustundan 2008-ci ilin dekabrınadək Rusiyada satılmış "Mazda 6" modellərinə şamil olunur.
Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət