Dərc edildi: Baxış sayı: 549
May ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.
Nazirlikdən verilən məlumata görə, həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.
Beləliklə, karantin dövründə sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi işləri may ayında da davam etdirilib. Bu ay pensiyalarla yanaşı, müavinət, təqaüd və kompensasiyaların da vaxtından daha əvvəl ödənişi təmin olunub.
Xatırladaq ki, bundan əvvəl, mayın 6-dan 15-dək bu ay üzrə bütün pensiyalar vətəndaşların bank hesablarına köçürülüb.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət