Dərc edildi: Baxış sayı: 498
“Masters”: Rüstəm Orucov bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Rüstəm Orucov Çinin Tsindao şəhərində keçirilən “Masters” turnirində bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akil Cakova ilə üz-üzə gəlib. Orucov bürünc medal qazanıb.
Bu çəkidəki digər cüdoçu Hidayət Heydərov mübarizəni erkən dayandırıb. O, ilk görüşündə Daqa Qinqi (Çin) məğlub etsə də, 1/8 finalda yaponiyalı Masaşi Ebinumaya məğlub olub.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət