'Masters-2019': Azərbaycan cüdoçusu yarımfinala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu "Masters" turnirində yarımfinala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı 1/4 finalda Beatriz Souzaya (Braziliya) qalib gəlib.
O, finala vəsiqə uğrunda Hayun Kimlə qarşılaşacaq.
10:29***
Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu "Masters" turnirində 1/4 finala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı Anna-Fatumat Mbairo (Fransa) və Yanan Jianqa (Çin) qalib gələrək 1/4 finala adlayıb.
Sonuncu - üçüncü yarış günündə mübarizə aparan digər 4 yığma üzvü isə medal şansını itirib. Onlardan 3-ü 1/16 finalda uzudub. Məmmədəli Mehdiyev (90 kq) Aleksandr Kukola (Serbiya), Elmar Qasımov (Peter Palçikə (İsrail), Zelim Kotsoyev (100 kq) isə Arman Adamyana (Rusiya) məğlub olub.
Uşanqi Kokauri (+100) Ruslan Şahbazova (Rusiya) qalib gəlsə də, 1/8 finalda David Mouraya (Braziliya) yenilib.
Qeyd edək ki, Azərbaycan millisi yarışa 11 cüdoçu ilə qatılıb. Hələlik yalnız Rüstəm Orucov (73 kq) bürünc medal qazana bilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət