“Mastercard” “KIT BEATS” texnologiyasını təqdim edir: Azarkeşlərin arzuları həyata keçir
Fransız azarkeşlərin əksəriyyəti (50%) futbol qalibiyyətlərini qucaqlaşaraq, italyanlar atlanaraq (60%), almanlar qışqıraraq (44%), ingilislər nəzakətlə əl çalaraq (40%), türklər isə məğlub tərəfin azarkeşləri ilə dalaşmaqla qeyd edirlər (19%).
Trend-in məlumatına görə, bu statistikanın əsasında indiyəcən avropalı azarkeşlərin emosional tipləri haqqında aparılmış ən geniş araşdırma dayanır. “Mastercard”ın sifarişi ilə keçirilmiş sorğuda 9 ölkədən 14,838 respondent iştirak edib.
İsveçli azarkeşlərin 79%, alman azarkeşlərin isə 82%-i bildirib ki, sevimli komandalarının oyunu onların əhval-ruhiyyələrinə birbaşa təsir göstərir. Hər 5 türk respondentdən 3-ü isə matç zamanı dinə-imana gəldiyini və oyun zamanı komandalarının qalibiyyəti üçün dua etdiklərini etiraf edib.
Türk futbol azarkeşlərinin 91%-i düşünür ki, matçı stadiondan izləmək, meydançada futbol oynamaq qədər həyəcanlandırıcıdır. Portuqalların 58%, hollandların 52%, ispan azarkeşlərin isə 46%-i stadionda vəziyyət gərginləşən zaman ürək döyüntüləri ritminin artmasını təsdiq edirlər.
Futbolçular və azarkeşlər arasındakı emosional bağlılığı nəzərə alan “Mastercard” bu hissləri daha da gücləndirmək üçün yeni texnologiya tətbiq edib. “Kit Beats” adlı texnologiya vasitəsilə azarkeşlər sevimli futbolçularının real zamanda oyun vaxtı ürək döyüntülərini hiss edə biləcəklər. Bunun üçün hər iki tərəfin geyiminə xüsusi cihaz quraşdırılacaq.
Bu ayın əvvəli UEFA Çempionlar Liqası yarımfinal oyununda sınaqdan keçirilmiş texnologiya maskot uşaqlar ilə onların valideynləri arasında birbaşa əlaqə yaradıb. Maskot təcrübəsi uşaqlara oyundan əvvəl öz sevimli futbolçuları ilə meydana daxil olmaq şansı verir. “Kit Beats” texnologiyası isə həmin şanslı uşaqların valideynlərinə övladlarının qəhrəmanları ilə eyni stadionu paylaşarkən hiss etdikləri qiymətsiz həyəcanı ötürmək imkanı yaradıb.
“Mastercard”ın Avropa bazarlarında biznesin inkişafı və kommunikasiya üzrə baş vitse prezidenti Rouz Bomont bildirib ki, “Mastercard”ın əsas məqsədi azarkeşlərin həyəcanını ötürmək, həmçinin, stadionda oynayan futbolçularla eyni hissləri paylaşdıqlarını göstərməkdir: ”Emosiyaları necə ifadə etməyindən asılı olmayaraq, hər kəsin Madriddə baş tutacaq final oyunundan zövq alacağına ümid edirik. Bizim işimizin əsasında innovasiya dayanır və biz çalışırıq ki, innovasiyalar müştərilərimizin həyat səviyyəsini artırsın. Stadiondakı azarkeşlər oyunun ayrılmaz hissəsidir və “Kit Beats” azarkeşlərin oyun ərzində hisslərini futbolçulara ötürməkdə yardımçı olacaq.”
“Mastercard”ın və “The Lion”un əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş yeni texnologiyanın üzərində işlər 2018-ci ilin may ayından başlanılıb. “Kit Beats” ilk dəfə olaraq UEFA-nın Çempionlar liqasının yarımfinalında tətbiq olunub. Texnologiya ötürücü vasitəsilə əlaqələndirilmiş iki intelektual cihaz vasitəsilə işləyir. Ötürücü bir insanın ürəyindən çıxan siqnalları dərhal digər istifadəçinin ürəyinə ötürür. “Kit Beats” haqqında məlumatı aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiniz:
https://www.youtube.com/watch?v=cwDqjmSmtMQ
İdman psixologiyası üzrə mütəxəssis Brendli Buş bildirir ki, futbolu digər idman növlərindən fərqləndirən əsas cəhətlərdən biri azarkeşlərlə komandaları arasında yaranmış sıx əlaqədir. Bəzi azarkeşlər üçün futbol oyundan daha artıqdır.
Sorğuda iştirak etmiş respondentlərin 4-də 3-ü düşünür ki, azarkeşlər də komandanın oyunçular kimi əsas hissəsidir. Fransada belə düşünənlər respondentlərin 73%-ni təşkil edir.
Ümumi olaraq Avropada 39%, təkcə İtaliyada isə 68% azarkeş bildirir ki, eyni komandaya azarkeşlik edən həmfikirlərini ailə üzvləri kimi qəbul edir. Araşdırma zamanı əldə olunmuş nəticələr matç zamanı yaranan ortaq emosiyaların azarkeşlər arasında ictimai birlik hissini artırdığını deməyə əsas verir.
“Mastercard” haqqında:
“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət