“Mastercard” Azərbaycanda rəqəmsal texnologiyaların tətbiqini genişləndirir
Bakıda qlobal ödəniş texnologiyalarının lideri sayılan “Mastercard” şirkəti və Azərbaycanın media nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı “Mastercard”ın rəsmiləri tərəfindən şirkətin Azərbaycanda rəqəmsal ekosistemin gücləndirilməsi, 2019-cu il üzrə planları və “Masterpass” rəqəmsal ödəniş platformasının istifadəyə verilməsi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar şirkətin əsas prioritetlərindən biri rəqəmsal ödənişlər üzrə göstəriciləri daha da yaxşılaşdırılması olduğunu bildirib və bu sahədə Azərbaycan hökuməti və bankları ilə qarşılıqlı sıx əməkdaşlığın vacibliyini qeyd edib. O, həmçinin, "2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" bu istiqamətdə böyük bir addım olduğunu və bu proqramın təşəbbüsləri innovativ texnologiyaların tətbiqinin sürətlənməsini, elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsini və istehlakçıların, eyni zamanda, ticarət partnyorların bu xidmətdən istifadə etməsini asanlaşdıracağını bildirib.
O, vurğulayıb ki, “Nağdsız Azərbaycan” layihəsinin ən mühüm uğurlarından biri ümumi istehlakçı xərclərində nağdsız ödənişlərin payının artırılmasıdır.
“Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə həyata keçirilən “Nağdsız Azərbaycan” proqramının tərkib hissəsi olmaqdan böyük məmnuniyyət duyuruq. Biz 2017-ci ildə “Mastercard Advisors” layihəsi ilə də bu proqrama öz dəstəyimizi vermişik. Bu il isə Naxçıvanda istehlakçılar arasında nağdsız hesablaşmaları təşviq etmək məqsədilə üç supermarket şəbəkəsində kampaniya həyata keçiririk. Azərbaycanın ən böyük üstünlüyü gənc və savadlı əhali, eyni zamanda, inkişaf etmiş bank sistemidir. Biz “Mastercard” olaraq Azərbaycanın parlaq gələcəyinə investisiya yatırmağa davam edəcəyik”, - deyə Erdem Çakar bildirib.
Şirkətin rəsmisi Azərbaycan bazarının “Mastercard” üçün çox önəmli olduğunu vurğulayıb və qeyd edib ki, ölkədə nağdsız cəmiyyətin qurulması üçün sözügedən bazarın böyük potensialı mövcuddur.
Erdem Çakar onu da bildirib ki, bu gündən etibarən “Mastercard” şirkəti Azərbaycanda “Masterpass” rəqəmsal ödəniş platformasını itifadəyə verib. Bu, bir kliklə asan, təhlükəsiz və rahat onlayn alış-verişi təmin edən “Matercard”ın rəqəmsal ödəniş platformasıdır. “Masterpass” debit və kredit kart məlumatlarını özündə saxlayaraq daha sürətli ödəniş etmək imkanı yaradır.
Bunula əlaqədar olaraq “Mastercard” yeni kampaniyaya da start verir. Belə ki, gələn həftədən etibarən “Masterpass” istifadəçiləri EPUL-da 3 AZN saxlama imkanı qazanacaq. Bunun üçün istifadəçilər “Mastercard” və ya “Maestro” kartlarını EPUL-un veb-saytında (www.e-pul.az) və ya mobil əlavədə qeydiyyatdan keçirməlidirlər. Bundan sonra təhlükəsiz şəkildə “Masterpass”la ödəniş etmək mümkündür. Kampaniyanın şərtlərinə əsasən, hər bir istifadəçi 5 AZN və daha çox məbləğdə olan bütün kommunal və mobil telefon ödənişləri üçün 3 AZN məbləğində endirim qazanacaq.
Bundan başqa, tədbirdə çıxış edən “Mastercard” şirkətinin Azərbaycan və Türkiyə üzrə marketinq direktoru Ceren Türkben Kaya Bakıda 70-dən çox ticarət nöqtəsində “Mastercard” istifadəçilərinə xüsusi endirimlər təklif edən “Qiymətsiz üstünlüklər” (“Priceless Specials”) platforması haqqında ətraflı məlumat verib.
Mənbə : Trend.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət