Dərc edildi: Baxış sayı: 511
Masonlardan Türkiyənin əməliyyatı ilə bağlı - Bəyanat
Masonların Böyük Lojası Türkiyənin Suriyanın şimal-şərqindəki əməliyyatı ilə bağlı bəyanat yayıb.
Axar.az xəbər verir ki, bəyanatda Türkiyənin əməliyyatına dəstək ifadə edilib.
Bəyanatda Türkiyənin ölkənin mənfəətini təhdid edən terrorçulara qarşı mübarizəsinə haqq qazandırılıb və uğur arzu edilib.
"Böyük ustad" Bülənt Akkanın imzası ilə yayımlanan bəyanatda qeyd edilib:
"Ölkəmizə, torpaqlarımıza, hər cür faktora qarşı milli birliyimizin əhəmiyyətini vurğulayır, başda Türkiyə olmaqla, bütün insanlar və insanlıq üçün sülh və əmin-amanlığın təmin edilməsini arzulayırıq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət