Slimfit
  1. DÜNYA

Maskalara həmişəlik öyrəşmək tövsiyə edildi

Maskalara həmişəlik öyrəşmək tövsiyə edildi
Sakura

Maskalara həmişəlik öyrəşmək tövsiyə edildi

İnsanlar maska taxmağa həmişəlik vərdiş etməlidir.

TASS-ın məlumatına görə, bu barədə Rusiyada “Rospotrebnadzor”un nəzdində Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik tədqiqat şöbəsinin müdiri Tatyana Rujentsova deyib.

O, fərdi qoruyucu vasitələrin hava-damcı yolu ilə keçən infeksion xəstəliklərin yayılmasının qarşısını aldığını xatırladıb: “Bu baxımdan maskalardan yalnız COVID-19 pandemiyası zamanı deyil, digər virusların yayılması dövründə də istifadə edilməlidir”.

Həkimin sözlərinə görə, hər payız KRVİ (kəskin respirator virus infeksiyaları) və qripə yoluxma halları artmağa başlayır.

“Yoluxmaq istəməyənlər bu mövsüm maska geyinməlidirlər”, - deyə, epidemioloq tövsiyə edir.

Onun sözlərinə görə, maskalar hava-damcı yolu ilə yayılan infeksiyaya yoluxma riski olduqda izdihamlı yerlərdə, xəstələrlə və xəstəliyin mümkün daşıyıcıları ilə təmas zamanı taxılmalıdır.

“Mən maskalardan imtina üçün hər hansı tarixi gözləməyi məsləhət görmürəm”, - deyə, Rujentsova sözlərini yekunlaşdırıb.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR