Slimfit
  1. DÜNYA

Maskada qaçdığı üçün ürəyinin yeri dəyişdi

Maskada qaçdığı üçün ürəyinin yeri dəyişdi
Sakura

Maskada qaçdığı üçün ürəyinin yeri dəyişdi

Epidemiyanın tüğyan etdiyi bu günlərdə küçədə maskasız hərəkət etmək çox təhlükəlidir. Ancaq bu həmişə belə deyil. Bəzən əksinə, maska taxmaq ölümcül təhlükəli ola bilər. Çinli gənc bunu öz nümunəsində göstərib. 

Bu barədə Lenta.ru xəbər yayıb.

Bildirilir ki, gənc iki həftə ərzində hər gün məsafəni bir az da uzatmaq şərti ilə qaçırmış. Lakin koronavirusla bağlı tədbirlər çərçivəsində o, bu müddətdə maska taxıb. Gənc sonuncu dəfə dörd kilometr qaçdıqdan sonra özünü pis hiss edib və evə yollanıb. Onun vəziyyəti ağırlaşanda isə ailəsi tərəfindən xəstəxanaya çatdırılıb.

Məlum olub ki, qaçışdan sonra onun sol ağciyəri 90 faiz sıxılıb, ürəyi isə bədəninin sağ tərəfinə keçib. Həkimlər bunu onun qaçarkən maska taxması ilə əlaqələndiriblər.

26 yaşlı uhanlı dərhal əməliyyat olunub, hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR