Mask zombi-apokalipsis halları üçün odsaçan satır
Mask zombi-apokalipsis halları üçün odsaçan satır
Odsaçanın qiymət 500 dollardır.
Biznesmen və ixtiraçı İlon Maska məxsus The Boring Company şirkəti odsaçanlar üçün əvvəlcədən sifarişləri qəbul etməyə başladı.
İlk beş saatda 500 dollar dəyərində olan odsaçan üçün 2 min sifariş qeydiyyata alındı. Odsaçanların sayı 20 min ədəddir.
Odsaçanın işini Maskın özü nümayiş etdirdi.
“Təkrarlamayın. Həmçinin qey edim ki, odsaçan dəhşətli fikirdir. Onu qətiyyən almayın”, - o xəbərdarlıq edib.
Odsaçana The Boring Company əlavə olaraq şirkət 30 dollara yanğınsöndürən də almağı təklif edir. “Əlbəttə ki, onu hardasa daha ucuz almaq olar, lakin bunun əla stikeri var, düymə isə rahatlıq üçün yuxarıda qoyulub”, - şirkətin saytında yazılıb.
Həmçinin Mask The Boring Company şirkətinin zombi-apokalipsis təxribatının satışı artırmaq üçün edilməsinə cavab olaraq deyib: “Zombi-apokalipsis baş verdikdə siz odsaçan aldığınız üçün sevinəcəksiniz. Ya o sizi zombilərdən xilas edəcək, ya da biz pulunuzu qaytaracağıq!”.
The Boring Company şirkəti tunel qazılması üçün yaradılıb.
Tərcümə: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət