Dərc edildi: Baxış sayı: 261
Mask süni intellekti müzakirə etmək üçün gizli şəkildə Ağ Evə səfər edib
“SpaceX” və “Tesla”nın qurucusu, milyarder İlon Mask 2023-cü ildə rəsmilərlə süni intellekt məsələlərini müzakirə etmək üçün gizli şəkildə Ağ Evə səfər edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə “NBC News” ziyarətçi qeydlərinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Mask sentyabrın 13-də Ağ Evdə olub.
ABŞ hökuməti telekanala məlumatı təsdiqləyib. Vurğulanıb ki, bu, Maskın ABŞ prezidenti Cozef Baydenin administrasiyası zamanı Ağ Evə yeganə səfəri olub, sahibkar ABŞ-ın dövlət liderilə görüşməyib.
Xatırladaq ki, milyarder Barak Obama və Donald Trampın prezidentlikləri dövründə bir neçə dəfə Ağ Evə səfər edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət