Slimfit
  1. AVTO VƏ MOTO

Maşına əyləşən kimi kondinsioneri işə salmaq həyatınız üçün təhlükəlidir

Maşına əyləşən kimi kondinsioneri işə salmaq həyatınız üçün təhlükəlidir
Sakura

Maşına əyləşən kimi kondinsioneri işə salmaq həyatınız üçün təhlükəlidir

Avtomobil işə salındıqda, kondisionerin açılıb-açılmaması sualı avtomobil istifadəçisini narahat edir.

Maşını işə salan kimi kondisionerin açılıb-açılmadığını araşdırmağınız çox vacibdir. Çünki avtomobil istiləndikdə, avtomobilin içərisində zərərli qazlar əmələ gələ bilər.

Ens.az Medicina.az-a istinadən xəbər verir ki, yay aylarında avtomobil isindiyi zaman benzol adlanan zəhərli qaz buraxılır. Xüsusən də avtomobil günəş şüalarına məruz qaldıqda, bu qazın miqdarı artır. Hətta avtomobil park halında olsa belə, benzol az miqdarda olsa da yığılacaq.

Təəssüf ki, bu qazın müəyyən olunması çox çətindir. Çünki, bu qaz rəngsiz, yanıcı, uçucu və özünəməxsus bir qoxuya malikdir. Həmçinin digər qazlara nisbətən bu qaz daha çox alovlanır və sağlamlıq üçün çox təhlükəlidir. Uçucu olduğundan, bu qazın mövcudluğu halında nəfəs almaq da olduqca təhlükəlidir. Uzun müddət məruz qalma isə daha pis nəticələrə səbəb ola bilər. Hətta qazın olduğu mühitdə hər hansı bir yerə əl ilə təmas da zəhərlənməyə səbəb ola bilər.

Bəs bu qaza məruz qalmamaq üçün nə etməli?

Bunun ümün hava sirkulyasiyasını təmin etmək lazımdır. Xüsusilə avtomobilinizi günəşdə saxlasanız, pəncərələr də bağlı vəziyyətdə olarsa, böyük ehtimalla benzolla nəfəs almağa başlayırsınız.

Bunun qarşısını almaq üçün maşına minərkən pəncərələri açmaq çox vacibdir. Məhz bu səbəbdən maşına əyləşən kimi kondisioneri işə salmaq təhlükəli ola bilər. Çünki kondisioneri ilk dəfə işə saldığınız zaman o, ilk növbədə içəridə olan qızdırılan havanı üfürəcək.

Bu o deməkdir ki, kondisioner içəridə yığılmış benzollu havanın dövriyyəsinə səbəb olacaq. Benzolun özünəməxsus qoxusu olsa belə, maşına minərkən onun qoxusunu hiss edə bilməzsiniz.

Bu səbəbdən, ilk növbədə pəncərələrin açılması və bir neçə dəqiqə gözlədikdən sonra kondisonerin yandırılması daha məqsədəuyğundur. İçəridəki hava çıxdıqdan sonra isə kondisioneri etibarlı şəkildə yandıra bilərsiniz. Bundan əlavə, kondisioner mühərriki işə salmadan və ya mühərriki qızdırmadan açılmamalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR