Dərc edildi: Baxış sayı: 532
Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası yaradılıb
İqtisadiyyat Nazirliyi bu gün Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının təsis edilməsi ilə bağlı tədbir keçirib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, Bakı Biznes Mərkəzində keçirilən təsis yığıncağında çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, dövlət - sahibkar münasibətlərinin genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi və müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə indiyədək 20-ə yaxın sahəvi assosiasiya yaradılıb və uğurla fəaliyyət göstərirlər. N.Səfərov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sənaye müəssisələri arasında əməkdaşlığın qurulması baxımından əhəmiyyətli olacağını, İqtisadiyyat Nazirliyinin assosiasiyaların fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının gələcək fəaliyyəti, bu sahədə qabaqcıl beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər.
Tədbirdə çıxış edən “Asena Ko” MMC-nin direktoru Vahid Hümmətov, “ATEF Şirkətlər Qrupu”nun İdarə Heyəti sədrinin müavini Nadir Kərimov və “Bakı Polad Burazlar” ASC-nin İdarə Heyətinin sədri Zakir Nəsirov maşın və avadanlıq istehsalı sahəsində Assosiasiyanın təsis olunmasının sənaye müəssisələrinin fəaliyyətinin təşkili, korporasiya əlaqələrinin günişləndirilməsi və birgə əməkdaşlıq baxımından əhəmiyyətli olacağını qeyd ediblər.
Tədbirdə təşkilati məsələlər müzakirə olunub, Assosiasiyanın nizamnaməsi təsdiq edilib, İdarə Heyətinin üzvləri seçilib. “Azərmaş” ASC İdarə Heyətinin sədri Emin Axundov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət