Slimfit
  1. DİN

Masallıda Məhərrəmlik mərasimlərinin təşkili və keçirilməsi qaydaları müzakirə olunub

Masallıda Məhərrəmlik mərasimlərinin təşkili və keçirilməsi qaydaları müzakirə olunub
Sakura

Masallıda Məhərrəmlik mərasimlərinin təşkili və keçirilməsi qaydaları müzakirə olunub

Masallı şəhərindəki “Ağsaqqallar klubu”nda keçirilən tədbirdə Məhərrəmlik mərasimlərinin təşkili və keçirilməsi qaydaları müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda Rayon Ağsaqqallar Şurasının üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi şöbəsinin əməkdaşları, dini icmaların nümayəndələri, ziyalılar iştirak ediblər.

Müzakirələrdə çıxış edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Prezident təqaüdçüsü Şirvan Əbilov, rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev və başqaları dini maarifləndirmənin İslam dəyərlərinə uyğun aparılmasının vacibliyini vurğulayaraq, sentyabrın 11-də müsəlman dünyasında Hicri-qəməri tarixi ilə Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən dini mərasimlərlə bağlı təklif və tövsiyələrini bildiriblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, “Aşura” mərasimləri mövcud qanunvericiliyə əsasən məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR