Dərc edildi: Baxış sayı: 265
Masallıda 400-dək şagirdin təhsil aldığı məktəb hər an uça bilər
Masallı rayon Mahmudavar kənd tam orta məktəbi 1978-ci ildən istifadəyə verilib. Fin tipli layihə əsasında tikilən məktəbdə bu günə kimi əsaslı təmir işləri aparılmayıb.
Hazırda bina qəzalı vəziyyətdədir: pəncərə-qapıları sınıq, döşəmə isə yararsızdır. Bina uçmaq təhlükəsi ilə üz-üzədir. İstilik sistemindən danışmağa belə dəyməz.
Vaxtilə 800-dək şagirdin üz tutduğu məktəbdə hazırda 397 nəfər təhsil alır. Valideynlər təhlükəsizlik səbəbindən məcbur olub övladlarını baş təhsil ocaqlarına göndərirlər.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət