Slimfit
  1. AZƏRBAYCAN

Martda əfv ola bilər - Ramil Usubova siyahı təqdim edildi

Martda əfv ola bilər - Ramil Usubova siyahı təqdim edildi
Sakura

Martda əfv ola bilər - Ramil Usubova siyahı təqdim edildi

"Dünən bir qrup hüquq müdafiəçisi daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Görüşdə bir qrup cinayət törətmiş şəxsin əfv edilməsi ilə ilə bağlı siyahı təqdim edilib. Mən də bu müraciəti dəstəkləyirəm".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili mart ayında əfv sərəncamının imzalanacağına ümid etdiyini bildirib.

“Həm yerli hüquq müdafiçiləri, həm də bir qrup beynəlxalq təşkilatın bu məsələdə təkliflərini nəzərə almalıyıq. Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin istisna olmaqla digər məhbusların mövcud cəzalarının böyük bir hissəsini kəsilib, əfv edilə bilər. Cənab Prezidentdən xahiş edək ki, onları əfv etsin”.

Qeyd edək ki, dünən hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Bir qrup şəxsin əfv sərəncamı ilə azad edilməsi üçün nazirə müraciət ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR