Slimfit
  1. DÜNYA

Marsda suyun yoxa çıxmasının səbəbi məlum oldu

Marsda suyun yoxa çıxmasının səbəbi məlum oldu
Sakura

Marsda suyun yoxa çıxmasının səbəbi məlum oldu

Mars quru bir çölə nadir atmosfer fenomeninə görə çevrilib. Amerika Geofizika İttifaqının alimləri bu fikrə gəlib.

Bizimyol.info xəbər verir ki, əvvəlki tədqiqatlar qırmızı planetin yuxarı qatlarında su buxarlarının olduğunu üzə çıxarmışdı. Fizika qanunlarına görə, orta hündürlükdə soyuq hava təbəqələrini aşa bilmədiyi üçün Marsda su görünmürdü. Yeni elmi iş anomaliyanın səbəbini aydınlaşdırıb.

Hər iki ildən bir planetin cənub yarımkürəsinə yay gəlir. Soyuq atmosfer təbəqələri istiləşir. Təxminən 60-90 kilometr hündürlükdə “pəncərə” əmələ gəlir. Oradan su buxarı alt qatlardan yuxarı qalxır. Bundan başqa, toz fırtınaları da rol oynayır. Günəş işığının qarşısını alırlar. Dövran üçün əlverişli şərait yaranır. Bir növ su buxarı həmin “pəncərə”nin köməyi ilə dövr edir.

Alimlər bu fikrə gəlib ki, yuxarıda qeyd olunan proses Marsı su ehtiyatlarından məhrum edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR