Mars planetində həyatın mövcudluğuna dair müxtəlif çalışmalar aparılsa da, aparılan yeni araşdırma bu…
Mars planetində həyatın mövcudluğuna dair müxtəlif çalışmalar aparılsa da, aparılan yeni araşdırma bu çalışmaların boşuna olduğunu ortaya qoyub.
“Qafqazinfo” “Haber7”yə istinadən xəbər verir ki, NASA tərəfindən aparılan son araşdırma nəticəsində Marsda kifayət qədər karbondioksid olmadığı, orada olan miqdarın isə yaşam üçün yetmədiyi bildirilib.
Kolorado Universitetinin mütəxəssisi Krus Cakoski bildirib ki, kifayət qədər karbondioksidi hazırki texnologiyalarla təmin etmək mümkün deyil.
“SpaceX” şirkətinin qurucusu İlon Mask Marsda termonüvə partlayış törətməyi təklif etsə də, elm adamları bunun da işə yaramayacağını hesab edirlər.
Qeyd edək ki, Marsda yaşam qurmaq üçün daha öncə oradakı buzlaqları əridərək su çıxarmaq, həmçinin, vulkanları fəaliyyətə keçirərərək karbondioksid təmin etmək təklifləri verilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət