Marsda həşərat tapılıb
ABŞ-ın Ohayo Universitetinin entomoloqu Uilyam Romoser Marsda həşərat olduğunu iddia edib.
O, Marsda tədqiqat aparan “Curiosity” roverinin çəkdiyi fotolarda böcəklərə bənzəyən canlıların izlərini tapdığını deyib.Buna əsasən, Romoser Marsda həyatın mövcud olduğunu sübut etməyə çalışıb.
Lenta.ru-nun verdiyi məlumata görə, alimlər entomoloqun “pareidolia” qurbanı olduğunu açıqlayıblar.
Belə ki, beynimizin daha əvvəl öyrəndikləri ilə ilk dəfə gördüklərini tamamilə əlaqəsiz olsa da, bir-birlərinə bənzətməyə çalışması pareidolia və ya aldanma adlandırılır.
Romoserin də həşəratları öyrənən elmlə məşğul olduğu üçün Marsda “işıq və kölgənin oyunu” nəticəsində ortaya çıxan görüntünü böcəyə bənzətdiyi açıqlanıb.
Buna görə də onun iddiası qəbul edilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət