Marsda həşərat izləri tapıblar
ABŞ-ın Oqayo universitetinin entomoloqu (həşəratları öyrənən elm) Vilyam Romozer Marsda həşəratların olduğunu iddia edib.
Bizimyol.info xəbər verir ki, o, Mars aparatı olan "Curiosity" ilə əldə olunan fotolardakı bu izlərin həşəratların izlərinə çox bənzədiyi bildirib.
Lakin, "Science Alert" bu iddiaların hansısa alimin öz uzunmüddətli araşdırmaların sübut etmək üçün irəli sürdüyünü qeyd edib. Romozer isə Marsdakı həşəratların dünyada olan həşəratlara bənzədiyinə inanır. Onun sözlərinə görə, izlərə əsasən bu canlıların qanadları və bığları var. Entomoloq aşkar etdiyi bu yeniliyin əsaslı araşdırılmasını arzulayır, çünki onun bu tapıntısı Marsda yaşamın olduğunun sübutu ola bilər.
Qeyd edək ki, Romozer artıq 45 ildir ki entomoloq olaraq fəaliyyət göstərir. Bu isə onun ətrafdakı əşyalarda və yerlərdə həşəratlara aid izləri görməyinə səbəb ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət