Slimfit
  1. DÜNYA

Marsda dünyadakılardan daha böyük çaylar var

Marsda dünyadakılardan daha böyük çaylar var
Sakura

Marsda dünyadakılardan daha böyük çaylar var

Elm adamları Marsda bir zamanlar isti və sulu iqlimin hökm sürdüyü və dünyadakılardan daha böyük çayların olduğuna dair faktlar əldə edib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Amerikanın Çikaqo Universitetindən elm adamları nəticələri “Science Advances” jurnalında yayımlanan araşdırmada Marsdakı iqlim şərtlərinə dair mövcud məlumatların əksinə Qızıl planetin milyonlarla il əvvəl suyun gecə və gündüz maye halda qalmasını təmin edən isti iqlimə sahib olduğuna dair izlərin tapıldığı bildirilib.

 

Tətqiqatçılar Marsda su aşınması nəticəsində əmələ gəldiyi bildirilən dərin dərələr olduğunu və burada axan çayların dünyadakılərə nisbətən daha böyük və güclü debitə sahib olduğunu bildiriblər.

Amma elm adamları sözügedən faktların Qızıl planetin iqliminin təkamülünə dair məlumatlarla zidd olduğunu və belə güclü bataqlıq iqlimin hansı şərtlərlə yarandığının bilinmədiyini də qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR