Marşall adalarında radiasiya səviyyəsi Çernobıl və Fukusimadan yüksəkdir
"Sakit okeanında yerləşən Marşall adalarının vaxtilə ABŞ tərəfindən nüvə sınaqları keçirilmiş ərazisindəki radiasiya səviyyəsi 1986-cı ildə qəza baş vermiş Çernobıl nüvə reaktoru ətrafında və 2011-ci ildə zəlzələ və sunami nəticəsində nüvə qəzası baş vermiş Fukusima ətrafındakından daha yüksəkdir".
“Report” CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın Kolumbiya Universitetinin əməkdaşları nüvə sınaqlarının keçirildiyi 11 adada radiasiya səviyyəsinə dair tədqiqatlar apararaq 4 adada bu göstəricinin Çernobıl və Fukusimaya nisbətən 1000 dəfə artıq olduğu qənaətinə gəliblər.
Qeyd edək ki, 1946-1958-ci illərdə ABŞ Marşall adalarının şimal ərazisində əhalini köçürtməklə 67 nüvə sınağı həyata keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət