Slimfit
  1. TEXNOLOGİYA

Marsa uçuş üçün yeni ölümcül təhlükə açıqlanıb

Marsa uçuş üçün yeni ölümcül təhlükə açıqlanıb
Sakura

Marsa uçuş üçün yeni ölümcül təhlükə açıqlanıb

Beynəlxalq alimlər qrupu uzunmüddətli kosmik uçuşların astronavtların sağlamlığı üçün yeni ölümcül təhlükəsini aşkarlayıb. Məlum olub ki, mikroqravitasiya daxili vidaci venanın fəaliyyətində pozuntuya səbəb olur. Bu, Marsa pilotlu missiya üçün böyük problemlər yarada bilər. Bu barədə “Science Alert” nəşrində dərc edilən məqalədə deyilir.

ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, Beynəlxalq Kosmik Stansiyada olan 11 astronavtı tədqiq edən mütəxəssislər çəkisizlik şəraitində 50 gün olduqdan sonra daxili vidaci venada durğunluq və əks-qan cərəyanının yaranmasını müəyyənləşdiriblər. Ekipaj üzvlərindən birində tromboz və ya vena tıxanması aşkar edilib ki, bu da kosmik uçuş ərzində ilk dəfə müşahidə olunub. Astronavt missiya bitənədək antikoaqulyantlarla müalicə almaq məcburiyyətində qalıb.

Müəlliflərin elmi məqalədə yazdığına görə, mikroqravitasiya beyin qan dövranı üçün naməlum nəticələrə səbəb olmaqla başa qanın və toxuma mayesinin xroniki axınına imkan verir. Nəticədə sifət şişməkdə davam edir, ürəkdə dövr edən qanın həcmi artır, eləcə də plazma həcmi azalır.

Astronavtların sağlamlığı üçün hansı fəsadların yaranacağı hazırda məlum olmasa da, tədqiqatçılar çəkisizliyin həyat üçün təhlükəli vəziyyətlərə səbəb ola biləcəyindən ehtiyat edirlər. Bu səbəbdən alimlər tərəfindən əlavə tədqiqatların aparılmasının zəruriliyi vurğulanır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR