Slimfit
  1. KOSMOS

Mars silklənədi – İlginc detal üzə çıxdı

Mars silklənədi – İlginc detal üzə çıxdı
Sakura

Mars silklənədi – İlginc detal üzə çıxdı

ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) “InSight” zondunun Marsda zəlzələ zamanı əldə etdiyi məlumatları araşdıran elm adamları bu planetin qabığının ortalama 45-56 kilometr qalınlığında olduğunu müəyyən ediblər.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, Marsın qabığının Yer kürəsinin qabığından təxminən 70 faiz qalın olduğu açıqlanıb.

“InSight” 2022-ci ilin mayında Marsda baş verən və 6 saatdan çox davam edən 4.7 bal gücündə zəlzələ qeydə alıb. Zəlzələnin Marsın qabığını üç dəfə dövr etdiyi müəyyən edilib. Bu məlumatlardan istifadə edərək, Sürix Universitetinin (İsveçrə) seysmoloqu Doyen Kim və komandası planetin qabığının qalınlığını ölçüb.

Sözügedən zəlzələ ilə bağlı açıqlama verən Kim deyib: “Bu zəlzələni yaşadığımız üçün həqiqətən şanslıyıq”.

Tədqiqatçılar müəyyən ediblər ki, Marsın qabığı təkcə Yer və Ayınkından daha qalın deyil, eyni zamanda, bütün “Qırmızı” planetdə eyni ölçüdə deyil.


Marsda əldə edilən topoloji və qravitasiya məlumatları göstərir ki, planetin Şimal yarımkürəsi Cənub yarımkürəsindən daha aşağıdır. Elm adamları deyirlər ki, əvvəllər bunun Marsın Şimalında Cənubla müqayisədə fərqli süxur sıxlığı ilə bağlı olduğu düşünülürdülərsə, son tapıntılar süxur sıxlığının eyni, amma Şimalda qabığın daha incə olduğunu göstərir.

Yer qabığının dərinliyini araşdıran komanda Marsın daxili istiliyinin böyük hissəsinin böyük ehtimalla qabığından qaynaqlandığını təxmin edir. Bu istiliyin böyük ölçüdə kalium, uran və torium kimi radioaktiv elementlərdən gəldiyi vurğulanıb və kompüter simulyasiyaları bu elementlərin təxminən 50-70 faizinin mantiyada yox, qabıqda olduğunu göstərir. Bu, “Qırmızı” planetin ölü olduğu inancının əksinə olaraq, Marsın bəzi hissələrində hələ də vulkanik fəaliyyətin baş verdiyi fikrini dəstəkləyir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR