Slimfit
  1. CƏMİYYƏT

Marketlərdə yeni dövr: bio-paketlərə keçid

Marketlərdə yeni dövr: bio-paketlərə keçid
Sakura

Marketlərdə yeni dövr: bio-paketlərə keçid

Bu yaxınlarda “Araz” supermarketlər şəbəkəsində qarğıdalı və kartofdan hazırlanan bio-paketlərin təqdimat mərasiminin keçirilməsi sellofan paketlərdən imtinanın əhəmiyyətini bir daha gündəmə gətirdi.

Artıq bir sıra dünya ölkələrində sellofan paketlərdən imtina edilməsinə başlanılıb. Dünya praktikasında bio-paketlərin satışından əldə edilən gəlir sellofan torbaların təbiətə vurduğu ziyanın qarşısının alınmasına sərf olunur. Bəs görəsən, ölkəmizdə bu işin stimullaşdırılması üçün hansı işlər görülür?

Mövzu ilə bağlı Axar.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev “Araz” marketlər şəbəkəsi tərəfindən alıcılara parça və bio-paketlərin təqdim olunmasının təqdirəlayiq hal olduğunu bildirib və bu təşəbbüsün polietilen torbaların məhdudlaşdırılmasına mühüm töhfə verə biləcəyini qeyd edib. O, digər market şəbəkələrinə də bu təşəbbüsə qoşulması üçün çağırış edib:

“Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Çox böyük həvəslə marketlərdə mədudiyyətsiz istifadə olunan bu torbaların təbiətə vurduğu zərərlər sayılmayacaq qədər çoxdur. Polietilen torbalardan fərqli olaraq, bio-paketlər 5-6 aydan sonra çürüməyə başlayır və torpağa qarışır, dolayısı ilə ekologiyanı korlamır. Təqdirəlayiq haldır ki, ilkin mərhələdə hər kəsin ala bilməsi üçün bio-paketlər istehsal xərclərindən ucuz qiymətə təklif olunur. Bu problemin həll olunması və bio-paketlərdən istifadənin təşviqi bir dövlət qurumunun üzərinə düşən öhdəlik deyil. Burada satış məntəqələri də, istehsalçılar da, KİV nümayəndələri də, ictimaiyyət də yaxından iştirak etməlidir. ETSN olaraq biz də bu sahədə ardıcıl tədbirlər həyata keçiririk. ETSN-nin həyata keçirdiyi maarifləndirmənin nəticəsidir ki, marketlər bu aksiyaya qoşulur”.

Nazirlik rəsmisi bildirib ki, marketlərdə polietilen paketlərin məhdudlaşdırılması, ödənişli olması, tam qadağan olunması ilə bağlı ETSN aidiyyəti qurumlara təkliflər göndərib:

“Təkliflər hazırda razılaşdırılma mərhələsindədir, müzakirə edilib qərar qəbul edilərsə, bu barədə bütün ictimaiyyət məlumatlandırılacaq. Belə bir qərarın qəbul edilməsi üçün bütün maraqlı tərəflər, eləcə də istehsalçılar tam hazır olmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR