Slimfit
  1. AZƏRBAYCAN

Marketlərdə 10 manata çörək satılır

Marketlərdə 10 manata çörək satılır
Sakura

Marketlərdə 10 manata çörək satılır

Marketlərdə 10 manata çörək satılır. Qarğıdalı və kartof unundan hazırlanan -qlütensiz çörəyin digər çörəklərlə müqayisədə belə baha olmasının səbəbi nədir?

Xezerxeber.az-ın məlumatına görə, adi çörək 40-50 qəpiyə, bu çörəklər isə təxminən 10 manata satılır.

Söhbət Bakıda bəzi supermarketlərdə satılan "qlütensiz çörək''dən gedir. Belə çörəklər müştərilərə 8-10 manat arasında qiymətə təklif edilir. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu çörəyi baha edən səbəblər nələrdir ?

Qida mühəndisi İsa Əliyev deyir ki, ''qültensiz çörək''lər bəzi xəstələrin ən çox istifadə etdiyi qidadır.

Onun sözlərinə görə, qlütenli çörəklər, yəni ''çölyak'', bağırsaq allergiyası xəstələri üçün zərərlidir. Ona görə də bu xəstəlikdən əziyyət çəkən insanlar qarğıdalı və kartof unundan hazırlanan ''qlütensiz çörək''lərdən istifadə edirlər. Ekspert az qala bir kolqaram ətin qiymətinə olan bu çörəklərin baha olmasının səbəbini xaricdən gətirilməsi ilə əlaqələndirir.

İsa Əliyev deyir ki, əgər bazarda bu cür qida məhsuluna təlabat çox olarsa, yerli iş adamları da "qlütensiz çörək''lərin istehsalı üçün addımlar ata bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR