Slimfit
  1. AZƏRBAYCAN

Marketlər və banklar koronadan necə qorunur? – Sorğu

Marketlər və banklar koronadan necə qorunur? – Sorğu
Sakura

Marketlər və banklar koronadan necə qorunur? – Sorğu

Dünyada koronavirusun yayıldığı bir zamanda diqqət çəkən məqamlardan biri də bu pandemiyaya qarşı görülən tədbirlərdir. Ölkəmizdə bəzi dövlət və özəl qurumlarda, insanların gündəlik müraciət etdiyi məkanlarda virusa qarşı bir sıra tədbirlər görülməsinə baxmayaraq, sosial şəbəkələrdə insanlar narahatlıqlarını dilə gətirirlər. Xüsusən onlar ictimai obyektlərdə - marketlərdə, banklarda işçilərin və vətəndaşların virusdan qorunması üçün yetərincə qabaqlayıcı tədbirlər görülməməsini vurğulayırlar.

Axar.az bununla əlaqədar ölkədə fəaliyyət göstərən bir neçə marketlər şəbəkəsinə və banklara müraciət edib.

Azərbaycan Beynəlxalq Bankından saytımıza bildirilib ki, bankın bütün xidmət ofislərində dezinfeksiya işləri aparılıb, müştərilərin və əməkdaşların sağlamlığı üçün müvafiq tədbirlər həyata keçirilir.

“AccessBank”ın mətbuat katibi Sərvinaz Ələkbərova isə bankın bütün filiallarının xüsusi antiseptik məhlulla təmin olunduğunu söyləyib:

“Antiseptik məhlullar vasitəsi ilə əməkdaşlarımız özlərini mikroblardan qoruyur. Bankımızda dezinfeksiya işləri isə əsasən konfrans zallarında və yeməkxanalarda olub. Lakin bütün filiallarımız dezinfeksiya edilməyib. Çünki bu prosesin cəmi 1 sutka effektivliyi var və çox xərc tələb edən prosesdir. Buna görə də hər gün filialların hamısında insanların təmasda olduğu yerlər xlor məhlulu ilə silinir. İranla sərhəddəki filiallarımızda çalışan əməkdaşlarımız üçün isə xüsusi maskalar göndərilib. Bankımızın əməkdaşları arasında xəstəliyi olan və səhhətindən şübhələndiyimiz şəxslər siyahıya alınıb. Bəzi işçilərimiz özlərini narahat hiss etdikləri üçün artıq işə çıxmır”.

“Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova bildirib ki, marketlərdə əllə təmasda olan bütün əşyalar, alış-veriş səbətləri, arabalar, kassa ətrafı, rəflər xüsusi dezinfeksiyaedici vasitələrlə dezinfeksiya edilir.

“Yaxın günlərdə isə market girişlərində müştərilər, mağaza əməkdaşları üçün nəzərdə tutulan girişlərdə isə personalın istifadəsi üçün xüsusi dezinfeksiyaedici avadanlıq quraşdırılacaq. Bundan başqa işçilərimizə maskada gəzmək tövsiyə olunub. Qrip olan işçilərə isə müalicə alması üçün icazə verilir. Hələlik ciddi təhlükə müşahidə olunmayıb”.

“Neptun” supermarketlər şəbəkəsindən bildirilib ki, bütün mağazalarda koronavirusa qarşı dezinfeksiya işləri aparılır:

“Mağazalarımızda koronavirusla bağlı bütün lazımı tədbirlər görülüb. Ayrıca işçilərimiz maska və spirtlə də təmin olunub. Ümumilikdə işçilərin səhhəti normaldır. Səhhətində problem olan işçilər isə evə buraxılır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR