Slimfit
  1. AZƏRBAYCAN

Marağa xanlığı

Marağa xanlığı
Sakura

Marağa xanlığı

Marağa xanlığı - Cənubi Azərbaycan ərazisində (indiki İran ərazisində) xanlıq. (XVIII yüzilin 40-cı illəri - XIX yüzilin 20-ci illəri). Cənubdan Saqqız mahalı, şərqdən Miyanə, şimaldan Təbriz, qərbdən Urmiya gölü və Sulduz mahalı ilə hüdudlanırdı. Mərkəzi Marağa şəhəri.

 

Xanları

  • Əliqulu xan Müqəddəm
  • Hacı Əliməhəmməd xan Müqəddəm
  • Əhməd xan Müqəddəm, 1763-1797
  • Cəfərqulu xan Müqəddəm, 1797-1811

Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olundu. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi.

Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR