Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Maqnit qasırğası kimlərə təsir edəcək? - Xəbərdarlıq

Maqnit qasırğası kimlərə təsir edəcək? - Xəbərdarlıq
Sakura

Maqnit qasırğası kimlərə təsir edəcək? - Xəbərdarlıq

Şəkərli diabet, bronxial astma kimi xəstəlikləri olan şəxslər maqnit qasırğası olan müddətdə həkim nəzarətində olmalıdırlar.

Bu sözləri Axar.az-a Şamaxı Astrofizika Rəsədxanasının avqustun 5-dən 7-dək maqnit qasırğası olacağı ilə bağlı məlumatına münasibət bildirən tibb eksperti, professor Adil Qeybulla deyib.

O bildirib ki, maqnit qasırğaları yaşından asılı olmayaraq meteohəssas insanlara mənfi təsir göstərir:

“Maqnit qasırğası təzyiqi tez-tez dəyişən, damarlarında spazma gedən insanlar daha çox təsir edir. İqlim dəyişmələrinə həssas olan insanlar bu cür hava şəraitində daha diqqətli olmalıdırlar. Yaxşı olardı ki, maqnit qasırğası gözlənilən günlərdə müəyyən xəstəlikləri olan insanlar həkimləri ilə məsləhətləşsinlər və onları nəzarətində olsunlar. Bronxial astma, şəkərli diabet, xroniki xəstəlikləri olan insanlar bu cür hava şəraitində səhhətlərinə diqqət etməli və lazım olan dərmanları qəbul etməlidirlər. Meteohəssas insanların bu dövrü ev şəraitində keçirməsi daha məqsədəuyğun olardı”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası avqustun 5-dən 7-dək maqnit qasırğası olacağı ilə bağlı məlumat yayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR