Dərc edildi: Baxış sayı: 719
Maqnit fırtınaları niyə təhlükəlidir?
Ens.az xəbər verir ki, Rusiya Elmlər Akademiyası Sibir şöbəsinin Günəş-Yer Fiziki İnstitutunun Hərtərəfli Maqnetik-İonosfer Rəsədxanasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Ravil Raxmatulin, maqnit fırtınalarının təhlükəsini açıqlayıb.
Mütəxəssisin fikrincə, kosmik şüalar və maqnit fırtınaları kosmik gəmilərin, Yerdəki elektron avadanlıqların işində nasazlıqlar yarada bilər, həmçinin naviqasiya və rabitə sistemlərini sıradan çıxara bilər. Bundan əlavə, onlar reaktiv təyyarələrdə uçan insanların radiasiya məruz qalmasına səbəb ola bilər.
Bununla yanaşı, Raxmatulin qeyd edib ki, hazırda dünya elmi ictimaiyyətində bu kimi fenomenlərin insan sağlamlığına zərərli təsiri barədə ümumi rəy yoxdur.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət