Dərc edildi: Baxış sayı: 605
Manuel Noyer Almaniya yığmasının rekordunu yeniləyib
Almaniya millisinin qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.
APA-nın məlumatına görə, təcrübəli qolkiper AVRO-2020-nin Estoniya ilə seçmə oyununda (8:0) qapısını toxunulmaz saxlayıb.
Bu, 33 yaşlı əlcək sahibinin Bundestimdə 37-ci quru oyunu olub. Bununla da M.Noyer Almaniya yığmasının rekordunu yeniləyib. Bunadək ən çox quru oyun keçirən qapıçı Zepp Mayer idi. Əfsanəvi qolkiper 36 oyunda qol buraxmamışdı.
Qeyd edək ki, M.Noyer Almaniya yığmasında 88 oyun keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət