Dərc edildi: Baxış sayı: 534
Manila aeroportunda 1500-dən çox tısbağa aşkar edilib
Filippinin Gömrük Xidməti Honkonqdan Manilaya uçan sərnişinin yükündə 1500-dən çox canlı tısbağa aşkar edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, həmin tısbağalar “Nino Akuino” beynəlxalq aeroportunun uçuş zonasında aşkarlanıb.
Bu sürünənlərin arasında nəsli kəsilməkdə olan tısbağa növləri, məsələn ulduzlu tısbağa da var. Onların əksəriyyətinin hələ çox kiçik olduğu bildirilir. Yapışqanlı lentə bükülərək paltarların arasında və ayaqqabıların içərisində gizlədilən heyvanların hamısı sağdır.
Ulduzlu tısbağalar Cənub-Şərqi Asiyada çox populyar ev heyvanları hesab edilir. Onlardan xalq təbabətində istifadə edildiyi də bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət