Dərc edildi: Baxış sayı: 529
"Manenin dördüncü olması ayıbdır" - Messi
"Barselona"nın futbolçusu Lionel Messi "Liverpul"un hücumçusu Sadio Mane haqda danışıb.
O deyib ki, seneqallı oyunçu "Qızıl top"un səsverməsində daha yüksək yerlərə layiq idi: "Manenin "Qızıl top"un səsverməsində dördüncü olması ayıbdır. Ancaq onu da deyim ki, bu il mükafata layiq futbolçular çox oldu. Buna görə konkret oyunçu seçmək çətin idi. Amma Maneni xüsusi qeyd etdim. Çünki o, bir futbolçu kimi xoşuma gəlir".
Qeyd edək ki, Messi bu il 6-cı dəfə "Qızıl top"un sahibi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət