Dərc edildi: Baxış sayı: 698
Mandelanın çəkdiyi eskiz inanılmaz qiymətə satıldı
Keçmiş CAR lideri Nelson Mandelanın çəkdiyi rəsm “Bonhams” hərrac evində (Nyu-York) 112 min dollara satılıb. Rəsm əsərində onun cəza çəkdiyi Robben adasındakı həbsxana kamerasının dəmir barmaqlıqları təsvir olunub.
Bu haqda “RİA Novosti” məlumat yayıb.
Rəsmin “çəkic altı”na gəlməsinin təşəbbüskarı əfsanəvi liderin qızı olub.
Mandelanın həbsdə olduğu müddətdə 22 eskizi olub. Baha qiymətə satılmış rəsmdə təsvir olunan kameraya dünyanın bir çox dünya liderləri, o cümlədən, keçmiş ABŞ prezidentləri Barak Obama və Bill Klintonun baş çəkdiyi qeyd olunur.
Mandella Robben adasındakı həbsxanada həyatının 18 ilini keçirib (1964-1982).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət