Dərc edildi: Baxış sayı: 328
"Mançester Yunayted"in avtobusu tıxaca düşdüyündən "Valensiya" ilə oyun gec başlayıb
Futbol üzrə Çempionlar Liqasında İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Valensiya" komandaları arasındakı qrup mərhələsinin II tur matçı bir neçə dəqiqə gec başlayıb.
"Report"un məlumatına görə, səbəb "qırmızı şeytanlar"ı "Old Trafford" stadionuna aparan avtobusun tıxaca düşməsidir.
UEFA nümayəndəsi baş hakimlə vəziyyəti müzakirə etdikdən sonra start fitinin 5 dəqiqə gec başlanmasına qərar verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət