Dərc edildi: Baxış sayı: 384
"Mançester Siti"nin futbolçusu "Olimpiakos"da
"Mançester Siti"dən ayrılan Yaya Turenin yeni klubu bəlli olub. SİA-nın məlumatına görə, kot-d-ivuarlı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək. 35 yaşlı futbolçu sabiq klubu "Olimpiakos"a keçib.
Qeyd edək ki, 2005/2006 mövsümünü "Olimpiakos"da keçirmişdi. Ture Donetsk "Metallurq"u, "Monako" və "Barselona"da da çıxış edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət